Ölkə

Çanaqqala zəfəri türk millətinin nəyə qadir olduğunun əyani nümunəsidir

Metbuat.az

Ağsu, 21 aprel,

AZƏRTAC

Ağsu rayonunun Bico kənd tam orta məktəbində Çanaqqala zəfərinin 100 illiyi qeyd olunub.


AZƏRTAC

xəbər verir ki, aprelin 21-də keçirilən tədbirdə məktəbin direktoru Yaşar Qarayev qardaş türk xalqının böyük qələbəsinin 100 illiyi ilə əlaqədar çıxış edib. Y.Qarayev 1915-1916-cı illərdə Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş verən dəniz və quru döyüşləri barədə, türk ordusunun İngiltərə və Fransa orduları üzərindəki qələbəsi, əfsanələşən Çanaqqala zəfəri haqqında ətraflı danışıb. Bildirilib ki, Çanaqqala zəfəri həm də türk millətinin gücünü, sarsılmazlığını ortaya çıxararaq, onun nəyə qadir olduğunun əyani nümunəsidir.


Sonra məktəblilər Azərbaycan və türk şairlərinin Çanaqqala zəfəri, qəhrəmanlıq və qardaşlıq haqqında şeirlərini söyləyiblər.