Maraqlı

Burada internet asılılığı müalicə olunur - FOTO

Metbuat.az
Smartfonlar, noutbuklar, planşetlər, kompüterlər, qacetlər - onların hamısı internetə qoşulmağı "tələb" edir. İnternet asılılığı isə indi böyük sosial bəlaya, hətta xəstəliyə çevrilib.
 
Həkimlər saatlarla internetdə vaxt keçirən insanları "internet asılılığı sindromuna tutulmuş şəxslər" adlandırırlar.
Bu, xəstəlikdir və çox ciddi müalicə tələb edir.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Çinin paytaxtı Pekindəki İnternet Asılılığından Müalicə Mərkəzi (Daxing Internet Addiction Treatment Centre, IATC) internetdən asılı duruma düşərək "şəbəkə qulları"na çevrilmiş insanların müalicəsi il məşğul olur.
2006-cı ildə fəaliyyətə başlamış bu mərkəzdə hazırda 6 min pasiyent var.
 
Hərbi təlim düşərgəsinə bənzəyən İATC rəhbərliyinin dediyinə görə, buradakı pasiyentlərin 75 faizi internet asılılığı sindromundan müalicə olunub.
Hazırda 632 milyon internet istifadəçisi olan Çində ən azı 24 milyon nəfərdə internet asılılığı sindromu olduğu bildirilir.
 
Çin Xalq-Azadlıq Ordusunun polkovniki, professor Dan Ran İATC-ın rəhbəridir. O, internet asılılığının müalicəsi üzrə Çində ən məşhur, aparıcı mütəxəssis sayılır.
 
Milli.Az