İqtisadiyyat

Budapeştdə Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi komissiyasının iclası keçiriləcək

Metbuat.az

Azərbaycanın Macarısatndakı səfirliyindən "Report"a verilən məlumata görə, səfərin ilk günü Macarıstan Xarici İşlər və Xarici Ticarət Nazirliyində ölkənin xarici işlər və ticarət naziri, Komissiyanın Macarıstan tərəfdən həmsədri olan Piter Siyyarto ilə görüş keçirilib. 


Görüşdə ötən ilin noyabr ayında Azərbaycan prezidenti

İlham Əliyev

in Macarıstana səfərindən sonra qarşılıqlı iqtisadi əlaqələr sahəsində həyata keçirilən layihələr və yeni əməkdaşlıq planları barədə ətraflı fikir mübadiləsi aparılıb. Ş.Mustafayev Azərbaycan prezidentinin göstərişi ilə Bakı ilə Budapeşt arasında birbaşa uçuşlar həyata keçirən "WIZZ Air" aviaşirkətinin fəaliyyətinin yaxın günlərdə bərpa ediləcəyini bildirib.


P.Siyyarto öz növbəsində Azərbaycanın beynəlxalq nüfuzunun artması, regionda Avropa İttifaqının etibarlı tərəfdaşına çevrilməsinin Macarıstanda böyük məmnunluqla qarşılandığını qeyd edib.


Macarıstan Milli İqtisadiyyat Nazirliyində nazir Mihal Varqa ilə keçirilən görüş zamanı isə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb. Bu gün Macarıstan paytaxtında iki ölkə rəsmilərinin iştirakı ilə Hökümətlərarası Komissiyanın iclası, habelə biznes dairələrin nümayəndələrinin görüşü keçiriləcək.