İqtisadiyyat
Bu ilin ilk 3 ayında Azərbaycandan 199,6 milyon dollar məbləğində 595,6 min ton neft məhsulu ixrac olunub
Bakı, 17 aprel,
AZƏRTACCari ilin birinci rübü ərzində Azərbaycanda gömrük bəyannamələri əsasında rəsmiləşdirilən 2 milyard 629 milyon 790 min dollar məbləğində xam neft ixracının həcmi 6 milyon 393 min 237 ton təşkil edib. Yanvar-mart aylarında ölkədən 199 milyon 622 min dollar məbləğində 595 min 616 ton neft məhsulu ixrac olunub.
Bu barədə
AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.