Maraqlı
Brüs Uillisin qızı danışdı, ağladı - FOTO
Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Brüs Uillisin aktrisa Demi Murla izdivacında doğulmuş böyük qızı Rumer "Dancing With The Stars" şousunun iştirakçısıdır.
26 yaşlı Rumer uşaqlıq illərindən danışarkən göz yaşlarını saxlaya bilməyərək ağlayıb.
Milli.Az TMZ-yə istinadən bildirir ki, Rumer Uillis deyib: "Uşaqlıq illərimdə gözəllikdə anama bənzəməməyim mənimçün əməllicə dərd olmuşdu. Depressiyaya qapılmışdım. Məni daim anamla müqayisə edirdilər. Bir ara plastik cərrahiyyə əməliyyatına məruz qalmağı düşünürdüm. Kollecdə uşaqlar mənə "kartofbaş" da deyirdilər, oğlana bənzədiyimi söyləyirdilər".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin