İqtisadiyyat
Brent markalı neftin qiyməti 64 dollara çatıb
[ 20 Aprel 2015 09:41 ]
Bakı. Yeganə Laçınzadə - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,78 dollar artaraq 56,52 dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,73 dollar artaraq 64,18 dollar olub.