İqtisadiyyat

Brent markalı neftin qiyməti 54 dollara enib

Metbuat.az

[ 03 Aprel 2015 09:09 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,95 dollar azalaraq 49,14 dollar təşkil edib.

APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 2,15 dollar azalaraq 54,95 dollar olub.

Qərb mətbuatı yazır ki, Brent markalı neftin kəskin ucuzlaşmasına səbəb İranın nüvə proqramı ilə bağlı dünən baş tutan danışıqlarda müsbət nəticənin əldə olunmasıdır.