İqtisadiyyat

Birinci rübdə ümumi daxili məhsul istehsalı 5,3 faiz artıb

Metbuat.az

Bakı, 14 aprel,

AZƏRTAC

Bu ilin birinci rübündə ümumi daxili məhsul istehsalı 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə 5,3 faiz artaraq 11,5 milyard manat təşkil edib.


Dövlət Statistika Komitəsindən

AZƏRTAC

-a bildiriblər ki, əlavə dəyərin 34,7 faizi sənaye sahələrində, 12,5 faizi tikinti kompleksində, 15 faizi ticarət və turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahələrində, 6,2 faizi nəqliyyatda, 2,2 faizi rabitə müəssisələrində, 3 faizi aqrar bölmədə, 16,2 faizi digər sahələrdə yaradılıb. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə əlavə dəyər qeyri-neft sektorunda 7 faiz, neft-qaz sektorunda isə 3,4 faiz artıb.