İqtisadiyyat
Bir neçə rayonda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb
Bakı, 21 aprel,
AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti dəfə monitorinq aparıb.
Nazirlikdən
AZƏRTAC-a bildiriblər ki, monitorinq zamanı Bakının Yasamal, Suraxanı, Nəsimi rayonlarında, eləcə də Sumqayıt, Qazax, Yevlax, Ağcabədi, Göyçay, Qusar, Ağsu, Cəlilabad, Masallı, Balakən şəhərlərində mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunacaq.