İqtisadiyyat
Binəqədi və Sabunçu rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Bakı, 1 aprel,
AZƏRTACBakıda Motodrom ərazisinə gedən diametri 720 millimetrlik orta təzyiqli qaz xəttinin üzərində istehsalat zərurəti ilə bağlı siyirtmənin quraşdırılması və diametri 219 millimetrlik orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması ilə əlaqədar bu gün saat 10-dan işlər başa çatanadək Bakının Binəqədi, saat 10-dan 15-dək isə Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bu barədə
AZƏRTAC-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.