İqtisadiyyat
Bəzi mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb
Bakı, 17 aprel,
AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq aparılıb.
Nazirlikdən
AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər zamanı Bakının Xətai, Qaradağ, Suraxanı, Nəsimi, Yasamal rayonlarında, Hacıqabul, Salyan, İsmayıllı, Qazax, Goranboy, Lənkəran, Zaqatala, Tərtər şəhərində bəzi mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.