İqtisadiyyat

​Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin sədri sabah Bakıya gəlir

Metbuat.az

Bakı. 1 aprel. REPORT.AZ/ Türkiyə ilə Azərbaycan arasında energetika əməkdaşlığı qurulacaq.


"Report"un məlumatına görə, Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin (İAEE) sədri Gürkan Kumbaroğlu aprelin 2-3-də Bakıda səfərdə olacaq.


Məlumata görə, İAEE-nin, eləcə də Türkiyədə fəaliyyət göstərən Enerji İqtisadiyyatı Dərnəyinin (EİD) sədri, professor Gürkan Kumbaroğlu İAEE-nin gələnilki konfrasının Bakıda keçirilməsi məqsədilə bir sıra görüşlər keçirəcək.


Qeyd edək ki, bu ilin əvvəlində birliyin sədri Azərbaycan Dövlət Neft Şirkətinin (

SOCAR

) rəsmiləri ilə bir araya gələrək 18 ölkə, eləcə də, Azərbaycan və Türkiyənin də daxil olduğu “İAEE-nin Avrasiya Enerji Birliyi” layihəsi üçün görüşlər keçirib.


Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin (İAEE) builki 38-ci konfransı mayın 25-27-də Türkiyənin Antaliya şəhərində keçiriləcək.