Ölkə

Beynəlxalq ekoloji bilik günü ilə əlaqədar tədbir

Metbuat.az

Bakı, 16 aprel,

AZƏRTAC

Beynəlxalq ekoloji bilik günü ilə əlaqədar tədbir keçirilib.


Təhsil Nazirliyindən

AZƏRTAC

-a bildiriblər ki, tədbirdə Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin III-IV və 160 nömrəli Klassik Gimnaziyanın VII-VIII siniflərinin şagirdləri iştirak ediblər.


Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü və “National Geographic Azerbaijan” jurnalının əməkdaşlığı ilə təşkil olunan tədbir məktəblilərin ekoloji-coğrafi maarifləndirilməsi proqramı çərçivəsində reallaşdırılıb.


Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultanzadə ekoloji təhsil proqramları haqqında ətraflı məlumat verib.


“National Geographic Kids” jurnalının redaktoru Könul Nəsibova təqdimatla çıxış edib.


Ətraf mühitlə bağlı ekoloji maarifləndirmə müsabiqələri və viktorinalar şagirdlərin marağına səbəb olub. Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin şagirdləri “Mən “National Geographic Kids” jurnalı ilə hansı ölkəyə səyahət etmək istərdim” mövzusunda rəsmlərini təqdim ediblər. Şagirdlər üçün “Animal Planet”in cizgi filmləri nümayiş olunub.


Sonda ekoloji müsabiqələrin səkkiz qalibinə “National Geographic Azerbaijan” jurnalına bir illik pulsuz abunə kuponu hədiyyə edilib.


Tədbirdə iştirak edən bütün məktəblilərə “National Geographic Kids” jurnalı təqdim olunub.