İqtisadiyyat

Beynəlxalq Aktuarilər Assosiasiyasının Avrasiya və Orta Şərq Komissiyasının iclası Bakıda keçiriləcək

Metbuat.az

Bakı, 22 aprel, Samirə Quliyeva,

AZƏRTAC

Bu il sentyabrın 28-29-da Bakıda Beynəlxalq Aktuarilər Assosiasiyasının komitələrindən biri olan Avrasiya və Orta Şərq Komissiyasının iclası keçiriləcək.


AZƏRTAC

xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov məlumat verib.


“Tədbirdə 100-ə yaxın mütəxəssisin iştirakı gözlənilir. İclasa, həmçinin Beynəlxalq Aktuarilər Assosiasiyasının prezidenti də dəvət olunub. Bu, Azərbaycanda keçiriləcək ilk beynəlxalq aktuari tədbiri olacaq”, - deyə Namiq Xəlilov vurğulayıb.