İqtisadiyyat
Beş mehmanxanaya dərəcə sertifikatları verilib
Bakı, 1 aprel,
AZƏRTAC
Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mart ayında Bakı şəhərində fəaliyyət göstərən “Sheraton Baku Airport” mehmanxanasına 5 ulduz, “Teatro Boutique Hotel”, “Lake Palace”, “Atrium” və "Qorqud” mehmanxanalarına isə 4 ulduz dərəcə sertifikatları verilib.
Nazirlikdən
AZƏRTAC-a bildirilib ki, bununla da respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 78-ə çatıb.