Ölkə

Bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi diqqət mərkəzində saxlanılır

Metbuat.az

Yardımlı, 3 aprel,

AZƏRTAC

Aprelin 3-də Yardımlı şəhərində Lənkəran regional ədliyyə şöbəsinin və Yardımlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilmə məqsədi ilə “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun gücləndirilməsi, torpaqların təyinatı üzrə istifadəsi”, “Korrupsiya hüquqpozmaların qarşısının alınması” və “İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu” mövzusunda seminar-müşavirə keçirilib.


AZƏRTAC

xəbər verir ki, yerli icra strukturlarının, bələdiyyələrin nümayəndələrinin iştirak etdiyi tədbirdə Lənkəran regional ədliyyə şöbəsinin baş məsləhətçisi Çingiz Cavadov Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə geniş məlumat verərək, bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.


Yığıncaqda Lənkəran regional ədliyyə şöbəsinin böyük məsləhətçisi Əvəz Bədəlovun “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun gücləndirilməsi, torpaqların təyinatı üzrə istifadəsi” mövzusunda məruzəsi dinlənilib.


Seminar-müşavirədə korrupsiyaya qarşı mübarizə, şəffaflığın artırılması, bələdiyyələrin səlahiyyətləri, bələdiyyə torpaqlarının mühafizəsi ilə bağlı qanunvericiliyin tələbləri ətraflı izah olunub.


Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.