Dünya
Belarus prezidenti Gürcüstana səfər edəcək
"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu haqda Gürcüstan
Xarici İşlər Nazirliyinin sözçüsü David Kereselidzei bildirib.
Onun sözlərin görə, səfər çərçivəsində Aleksandr Lukaşenko Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili və parlamentin sədri David Usupaşvili ilə görüşəcək.
Nazirlik təmsilçisi deyib ki, A.Lukaşenko ilə birlikdə Gürcüstana Belarus iş adamları da səfər edəcək. Belarus prezidentinin Batumiyə getməsi də nəzərdə tutlub.
Səfər Belarus tərəfinin təşəbbüsü ilə gerçəkləşdirilir.