İqtisadiyyat

Baş nazirdən yeni QƏRAR

Metbuat.az

Baş nazir "Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı Nazirliyinin tabeliyində ərazi kənd təsərrüfatı idarələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının ləğv edilməsi barədə qərar verib.

Lent.az-ın məlumatına görə, qərar  "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" prezidentin fərmanına əsasən verilib.

Kənd Təsərrüfatı Nazirliyi müvafiq dövlət orqanları ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll edəcək. Bu qərar  2015-ci ilin 1 iyun tarixindən qüvvəyə minir.