İqtisadiyyat
ANS PRESS
Banklar avrodan da imtina edir
Dünyanın mərkəzi bankları avrodan da imtina etməyə başlayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondu açıqlama verib.
BVF-nin məlumatına görə, vahid Avropa valyutası dəyərdən düşür və buna görə də mərkəzi banklar özlərinin valyuta ehtiyatlarında avronun payını azaltmağa başlayıblar.
Qərb analitiklərinin proqnozuna görə, 2015-ci ilin sonlarına doğru avronun 1 dollardan da aşağı düşə bilər.
Qeyd edək ki, bir neçə gün əvvəl dünya mərkəzi banklarının dollardan imtina etməyə başladığı barədə xəbərlər yayılmışdı.
MənbəANS PRESS