İqtisadiyyat

Bankın yeni sədri nə vaxt bilinəcək?

Metbuat.az

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə heyətinin yeni sədri 2015-ci ilin iyulunda səhmdarların ümumi yığıncağında seçiləcək.



ANS PRESS-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov brifinqdə deyib.



Onun sözlərinə əsasən, bankın İdarə heyətinin üzvlərinin səlahiyyət müddəti bu ilin iyulunda başa çatır: "Həmin vaxt səhmdarların ümumi yığıncağı keçiriləcək. Yığıncaqda İdarə heyətinin yeni sədri seçiləcək".



ABB-nin özəlləşdirilməsi məsələsinə gəlincə, nazir qeyd edib ki, bu məsələ heç vaxt gündəmdən düşməyib: "Hökumət strateji vacib aktivlər istisna olmaqla ona məxsus aktivlərin özəlləşdirilməsinə həmişə hazır olmalıdır. Azərbaycan Beynəlxalq Bankına gəlincə, hökumət bu məsələdə də eyni fikirdədir".

Mənbə
ANS PRESS