İqtisadiyyat
“Bank Respublika” “Elektron bankçılıq xidmətlərində lider bank” mükafatına layiq görülüb
Bakı, 20 aprel,
AZƏRTAC“Bank Respublika” “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə 1-ci, “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə 3-cü yerə layiq görülüb.
Bankdan
AZƏRTAC-a bildiriblər ki, bu mükafat “Bank Respublika”ya Mərkəzi Bankın dəstəyi ilə ölkədə nağdsız ödənişlərin inkişaf etdirilməsi məqsədilə təşkil olunan “Nağdsız ödənişlər üzrə lider bank” və “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyaları üzrə stimullaşdırıcı kampaniyanın təqdimatında verilib.
“Bank Respublika” müştərilərə xidmət səviyyəsinin daim yaxşılaşdırılmasına, göstərilən xidmət çeşidinin genişləndirilməsi və şərtlərinin optimallaşdırılmasına xüsusi önəm verir.