Ölkə
ANS PRESS
Balıqçılar son anda xilas edildi
Azərbaycanda balıqçılar batmaq təhlükəsi ilə üzləşiblər.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonunda 2 nəfər balıqçı dənizin nəzarət olunmayan hissəsində sahildən 200 m aralıda suda batma təhlükəsi ilə üzləşib.
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən balıqçılardan biri xilas edilib, digər balıqçının axtarışı davam etdirilir.
MənbəANS PRESS