Ölkə
AZƏRTAC
Balakən rayonunda ikimərtəbəli evdə yanğın baş verib
Bakı, 20 aprel,
AZƏRTACBalakən rayonunda ikimərtəbəli evdə yanğın baş verib.
AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Balakən rayonunun Püştətala kəndində ümumi sahəsi 336 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və ev əşyaları 168 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.