Maraqlı

Bakıya gəlmiş ərəb şeyxi lüks dayanacaq tikdirir - FOTO

Metbuat.az
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubay əmiri şeyx Məhəmməd bin Rəşid əl Məktum Londonda 6 mərtəbəli avtomobil dayanacağı və otel tikdirir.
 
Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, Bettersi helikopter dayanacağının yaxınlığındakı lüks atvomobil dayanacağı 114 avtomobil üçün hesablanıb. Avtomobillərini dayanacağa qoyacaq sürücülər və bu strukturun əməkdaşları üçünsə 5 ulduzlu otel nəzərdə tutulub.
Avtomobil dayanacağının yer altında 2, yer üstündə 6 mərtəbəsi olacaq.
 
Bettersi sakinləri isə çox narazıdırlar. Onların dediklərinə görə, böyük avtomobil dayanacağı tikiləndən sonra bölgədə avtomobil nəqliyyatının hərəkətinin intensivliyi artacaq, ətraf mühit çirklənəcək.
 
"Çoxlu pulun olması insanlara əzab verməyə haqq qazandırmır. Şeyxin bu layihəsinin icrası dayandırılmalıdır", - Bettersi sakini, 52 yaşlı Ceyn Helm deyib.
 
Şeyx Məhəmməd bin Rəşid əl Məktum srağagün Azərbaycanda rəsmi səfərdə olub.
 
Milli.Az