İqtisadiyyat
Bakının mərkəzi prospektlərindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
[ 17 Aprel 2015 13:07 ]
Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Bakının Hüseyn Cavid prospektində axşam saat 22:00-dan etibarən yolun üfüqi nişanlanması işi aparılacaq.
Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyinin rəisi Pünhan Mürsəliyev bildirib.
P. Mürsəliyevin sözlərinə görə, prospektin bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti tam, bəzi hissələrində isə qismən məhdudlaşdırılacaq.
Axşam 04:00 radələrində işlərin başa çatdırılması gözlənilir.