İqtisadiyyat

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Metbuat.az

Bakı. 16 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhərinin əksər küçələrində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şosesi,

Heydər Əliyev

prospekti, Ziya Bünyadov prospekti, Tbilisi prospekti (

Nəqliyyat Nazirliyi

nin qarşısı) və Zərifə Əliyeva küçəsində sıxlıq yaranıb.


Bundan başqa, nəqliyyat vasitələrinin sıx hərəkəti, həmçinin Neftçilər prospekti (Qız Qalasının qarşısı), Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsi, habelə Həsən Əliyev və Təbriz küçələrində qeyd edilir.