İqtisadiyyat

Bakının 4 rayonu qazsız qalacaq

Metbuat.az
Bakının bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
Trend

SOCAR-ın saytına istinadən məlumat verir ki, aprelin 14-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Nərimanov”, “Böyük-Şor”, “30-cu sahə”, “Qazanlar”, “Bakıxanov” və “Keşlə” Qazpaylama stansiyalarında, eləcə də həmin stansiyalardan qidalanan bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.



Təmir işləri aparılan müddətdə Bakı şəhəri Nərimanov, Sabunçu, Xətai və Nizami rayonlarının bəzi hissələrinin qaz təchizatında qismən məhdudiyyətlərin olması mümkündür.



Milli.Az