Ölkə
Bakılı müəllim Qazaxıstanda keçirilən beynəlxalq sərgidə açıq dərs nümayiş etdirib
Bakı, 17 aprel,
AZƏRTAC
Qazaxıstanın Astana şəhərində “Worlddidac Astana” təhsil və peşəkar hazırlıq üçün texnologiyaların dördüncü beynəlxalq sərgisi keçirilib.
Təhsil Nazirliyindən
AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizi Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Bela Nuriyeva təmsil edib.
Qazaxıstan Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən sərgidə 28 ölkədən 206 şirkət tərəfindən təhsil sahəsi ilə əlaqədar məhsul və yeni texnologiyalar təqdim olunub.
“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olan Bela Nuriyeva sərgidə açıq dərs (master-class) nümayiş etdirib.