Ölkə

Bakıda zibillikdən körpə meyiti tapıldı

Metbuat.az

Bakının Səbail rayonu ərazisində yeni doğulmuş uşaq meyiti tapılıb.



Səbail rayon Polis İdarəsi 8-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə 20-ci sahə, Arif İsmayılov küçəsində baş verib.



Həmin küçədə zibil qutularından birində yeni doğulmuş oğlan uşağının meyitinin tapılıb.



Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, ölən körpə 21 yaşlı Gülnarə Nəriman qızı Əzimovanındır. Keçirilən əməliyyat zamanı qadın saxlanılıb.



Hazırda baş verən faktla bağlı araşdırma aparılır.


Mənbə
ANS PRESS