İqtisadiyyat

Bakıda qlobal marketinq dünyasının ən son inkişaf meylləri və çağırışları müzakirə edilir

Metbuat.az

Bakı, 16 aprel,

AZƏRTAC

Bakıda PAŞA Bankın sponsorluğu ilə keçirilən “Marketing Kingdom 3” adlı marketinq tədbirində qlobal marketinq dünyasının ən son inkişaf meylləri və çağırışları müzakirə edilir.


Bankdan

AZƏRTAC

-a bildiriblər ki, tədbirdə “Twitter”, “Google”, “Rolls Royce”, “Visa”, “Heineken” və “BBC”nin marketinq mütəxəssisləri qlobal marketinq dünyasının ən son inkişaf meylləri və çağırışlarını müzakirə edirlər.


Tədbirdə “Google” təmsilçisi Alfonso De Qaetanonun mobil marketinq, “BBC” təmsilçisi Məhəmməd Kərimin sosial medianın qiymətləndirilməsi, “Visa International” təmsilçisi Noha Başirin sosial medianın gücü, “Heineken” təmsilçisi Martina Mişeska, “Danone” təmsilçisi Hasan Kartal və “Fox Networks” təmsilçisi Baris Zaviroğlunun məzmun idarəçiliyi üzrə interaktiv mövzularında mühazirələrlə çıxış edirlər.


PAŞA Bankın Korporativ Kommunikasiyalar Departamentinin direktoru Sona Abbasova bildirib ki, bu cür tədbirlərin keçirilməsi dünya marketinq mütəxəssislərinin təcrübəsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Əminik ki, yerli və regional mütəxəssislər marketinq sahəsində ən yaxşı dünya təcrübəsi ilə tanış olduqdan sonra, istər yerli, istərsə də regional və beynəlxalq bazarlarda istifadə olunacaq daha uğurlu marketinq strategiyalarını hazırlayacaq və öz məhsul və xidmətlərinin təşviqini daha effektiv qaydada həyata keçirləcəklər”.


Xatırladaq ki, bir sıra ölkələrdə hər il keçirilən "Marketing Kingdom" peşə seminarı Avropanın ən böyük marketinq hadisələrindən biri hesab olunur. 2014-cü ildə də PAŞA Bank bu beynəlxalq tədbirin tərəfdaşı kimi çıxış edib.