Ölkə
ANS PRESS
Bakıda orta məktəbdə yanğın
Bakıda orta məktəblərin birində yanğın olub.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus orta məktəbində qeydə alınıb.
Məktəbin ərazisində ümumi sahəsi 50 kv.m olan qazanxananın dam örtüyü alışıb. Nəticədə qazanxananın ətrafına yığılmış məişət tullantıları da yanıb.
Hadisə yerinə 3 yanğınsöndürən maşın gedib.
Qazanxananın qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub.
Yanğın saat 06:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
MənbəANS PRESS