Ölkə

Bakıda məzənnə müəmması

Metbuat.az

"Valyutadəyişmə məntəqələrində dolların məzənnəsinin rəsmi göstəricidən xeyli baha satılması qanun pozuntusu deməkdir".



ANS PRESS-in məlumatına görə, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib. O bildirib ki, belə hallarda AMB inzibati yollardan istifadə etməlidir.



Mütəxəssis hesab edir ki, qanun pozuntusuna görə, hətta valyutadəyişmə məntəqələrinin lisenziyası da alına bilər: "Bu lisenziya məntəqələrə banklar tərəfindən, banklara isə AMB-dən verilir. Əgər dolların məzənnəsində həddən artıq artım varsa bunun qarşısı alınmalıdır.



Hazırda qüvvədə olan normativ aktlara görə, valyuta dəyişmə məntəqələrində xarici valyutanın alış-satış kursu AMB-nin rəsmi məzənnəsindən maksimum 2% fərqlənə bilər.


Başqa sözlə, valyutadəyişmə məntəqələrində xarici valyuta AMB-nin rəsmi məzənnəsindən maksimum 2% ucuz və 2% baha satıla bilər.



Xatırladaq ki, Mərkəzi Bank 23 fevral 2015-ci il tarixdə aparılmış monitorinqlər zamanı 6 bankın 10 valyuta mübadilə şöbəsi tərəfindən mövcud tələblərin gözlənilməməsi halı aşkarlanmış və həmin şöbələrə verilmiş icazələr ləğv edilib.



AMB-dən bildirilib ki, valyuta qanunvericiliyinə, xüsusilə də valyuta bazarında nağd alqı-satqı əməliyyatlarının tələblərinə tam riayət olunması istiqamətində operativ nəzarət davam etdirilir, hər hansı hüquqi pozuntu hallarına qarşı müvafiq tədbirlər görülür.

Mənbə
ANS PRESS