Bakıda keçirilən Sağlamlıq və Əməyin Təhlükəsizliyi Sammiti bu güqn yekunlaşır
ABŞ-ın "Molson Coors Brewing" şirkətinin Sağlamlıq və əməyin təhlükəsizliyi, dayanıqlı inkişaf şöbəsinin müdiri Nil Tonq şirkətinin təhlükəsizlik məsələlərinə yanaşması və dəyişikliklərin idarə olunmasından, o cümlədən idarəetməsində olan zavodlarda baş verən istehsalat qəzalarından və şirkətin gördüyü tədbirlərdən danışıb.
Sammitin son günündə Rusiyanın "Mosenerqo" şirkətinin sağlamlıq və əməyin təhlükəsizliyi üzrə direktoru Valeri Nikolskiy, BASF-ın Azərbaycandakı ofisinin mütəxəssisi Cəmilə Cəfərova işçilərin maarifləndirilməsi, iş yerinin təhlükəsizliyi, eqronomika və layihə icrasının səmərəliliyinin qiymətlındirilməsi mövzularında çıxış ediblər.
Yekunda xarici mütəxəssislərin iştirakı ilə sağlam iqtisadiyyat üçün daha sağlam işçi qüvvəsinin yaradılması mövzusunda debatın keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, iki gün davam edən sammit Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin dəstəyi, "Fleming Europe" beynəlxalq şirkəti və yerli "Rovshan Oguz Group" Şirkətlər Qrupunun təşkilatçılığı, "British Safety Council", "Nasot", "Scott Safety", TWI şirkətlərinin sponsorluğu ilə keçirilir.