Ölkə

Bakıda İsrail dövlətinin yaranmasının 67-ci ildönümü qeyd olunub

Metbuat.az

Bakı. 22 aprel. REPORT.AZ/ Bakıda İsrail dövlətinin yaranmasının 67-ci ildönümü qeyd olunub. "Report"un məlumatına görə, bu münasibətlə təşkil edilən rəsmi qəbulda çıxış edən İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ölkəsinin yaranması tarixindən danışıb. O qeyd edib ki, İsrail ötən müddət ərzində böyük uğurlar əldə edib və bir çox ölkələr bu dövlətin təcrübəsindən yararlanıblar. 


İsrail-Azərbaycan münasibətlərinə toxunan səfir bildirib ki, iki ölkə arasındakı əlaqələr dostluq və qarşılıqlı hörmətə əsaslanır.


Diplomat vurğulayıb ki, Azərbaycanda yəhudi icması fəaliyyət göstərir və bu ölkə tolerantlıq nümunəsidir. 


Kənd təsərrüfatı naziri

Heydər Əsədov

isə öz növbəsində Azərbaycan hökuməti adından səfiri və İsrail xalqını milli bayram münasibətilə təbrik edib. Nazir deyib ki, İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir.