İqtisadiyyat

​Bakıda daha bir yolda təmir işlərinə başlanılıb

Metbuat.az

Bakı. 15 aprel. REPORT.AZ/ Bakı şəhərinin Ya

sam

al rayonunda yerləşən Şəfayət Mehdiyev küçəsində təmir işlərinə başlanılıb. Hazırda səki daşlarının dəyişdirilməsi işləri həyata keçirilir. Bu barədə "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən bildirilib.


Məlumata görə, nəzərdə tutulan işlər başa çatdırıldıqdan sonra köhnə asfalt-beton örtüyü yenilənəcək. Yaxın zamanlarda tikinti altına düşən maneələri köçürmək mümkün olarsa, sözügedən küçənin Ə.Haqverdiyev küçəsi ilə kəsişməsindən Hüseyn Cavid parkına qədər olan hissəsi 4 hərəkət zolağına uyğun yenidən qurulacaq. 


Hazırda tikinti altına düşən maneələrin köçürülməsi üçün aidiyyəti qurumlarla birgə işlər aparılır.