İqtisadiyyat

Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Metbuat.az

[ 22 Aprel 2015 15:35 ]



Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Səttar Bəhlulzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq İlqar Məmmədov küçəsindən istifadə etmələri tövsiyə olunur.