Ölkə

Bakıda daha bir yol qaşındı (FOTO)

Metbuat.az

Bakıda təmir olunan yollardakı son vəziyyət açıqlanıb.



Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Nərimanov rayonu ərazisində yerləşən bir neçə küçədə təmir işləri davam etdirilir.



Təmirinə başlanılan Çernyavski və Arif Heydərov küçələrində asfalt-beton örtüyünün döşənməsi işləri başa çatdırılıb.



İsmayıl Hidayətzadə küçəsində səki daşları yenilənib, mövcud asfalt-beton örtük qaşınaraq ərazidən kənarlaşdırılıb. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirlir.



Axşam saatlarınadək ərazidə asfalt-beton işlərinin yekunlaşdırılması planlaşdırılır.







Mənbə
ANS PRESS