İqtisadiyyat

Bakıda “B2B Luxury & MICE Workshop” adlı işgüzar görüş keçiriləcək

Metbuat.az

Bakı, 13 aprel,

AZƏRTAC

Aprelin 14-də “Fairmont Baku” otelində B.Britaniyanın TMİ Consultancy şirkəti və yerli azərbaycanlı mütəxəssisləri ilə birgə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə turizm biznesinin professionalları üçün "B2B Luxury & MICE Workshop" adlı işgüzar görüş keçiriləcək.


Nazirlikdən

AZƏRTAC

-a bildirilib ki, tədbirə Azərbaycanın qabaqcıl turizm şirkətləri, beynəlxalq otellər şəbəkələrinin, bir sıra xarici dövlətlərin turizm ofisləri və turoperatorların nümayəndələri qatılacaqdır.


Xarici turizm şirkətlərinin Azərbaycan turizm bazarına marağının daima artması məqsədilə keçiriləcək "B2B Luxury & MICE Workshop"da iştirak edəcək xarici nümayəndələrin sayı bu il iki dəfə artaraq 40-a çatıb.


Qeyd edək ki, tədbir bu il artıq dördüncü dəfədir ki, təşkil olunur.