Ölkə

Bakıda azyaşlı uşaq xilas edilib

Metbuat.az

Bakı, 20 aprel,

AZƏRTAC

Bakıda azyaşlı uşaq xilas edilib.


AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Bakı şəhəri Nəsimi rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.


Bununla bağlı müraciət daxil olduqdan sonra nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin pəncərəsindən evə daxil olaraq azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:06-da başa çatıb.