İqtisadiyyat

Bakıda Azərbaycan-Almaniya biznes forumu keçirilir

Metbuat.az

Bakı, 21 aprel,

AZƏRTAC

 


Aprelin 21-də Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyası və Almaniyanın Türingiya İqtisadi İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-Almaniya biznes forumu keçirilir.


AZƏRTAC

xəbər verir ki, biznes forumda Almaniyanın iqtisadi cəhətdən inkişaf etmiş Türingiya bölgəsinin tanınmış şirkətlərinin nümayəndələri, habelə Türingiyanın İqtisadi İnkişaf Agentliyinin rəhbərliyi və 60-dan çox yerli şirkəti, təmsilçiləri iştirak edir.


Tədbirdə ASK-nın vitse-prezidenti Vüqar Zeynalov Azərbaycan iqtisadiyyatı ilə bağlı ətraflı məlumat verərək iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndiyini, son illər ölkəmizin etibarlı tərəfdaş olduğundan söhbət açıb.