İqtisadiyyat

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində daha 6 kilometr yolun təmirinə başlanılıb

Metbuat.az

Bakı, 15 aprel,

AZƏRTAC

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində hazırda daha 6 kilometr yolun təmirinə başlanılıb.


Bu barədə

AZƏRTAC

-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.


Nadir Əzməmmədov bildirib ki, artıq köhnə yolun söküntüsü başa çatmaq üzrədir.


Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə martın 3-dən start verilib və bu günə kimi 18 kilometr yol əsaslı təmir olunub.