Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsi üzrə Koordinasiya Şurasının iclası keçirilib
Bakı, 14 aprel,
AZƏRTACAprelin 14-də Nəqliyyat Nazirliyində Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsi üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib.
Nəqliyyat Nazirliyindən
AZƏRTAC-a bildiriblər ki, görüşdə dəmir yolunun tikintisində hazırkı vəziyyət və görüləcək işlər müzakirə olunub.
Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvilinin və nəqliyyat nazirinin müavini Musa Pənahovun iştirak etdiyi iclasda 2014-cü ildə layihə üzrə icra edilmiş işlər, dəmir yolu bağlantısının mövcud vəziyyəti, həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlər, eləcə də 2015-ci ilin büdcəsinin təsdiqi və digər məsələlər müzakirə edilib. İclasda, həmçinin, beynəlxalq əhəmiyyətli bu layihənin Marabda-Kartsaxi hissəsinin inşası, yenidən qurulması və tikintisi ilə bağlı digər məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.