İqtisadiyyat

“Bakı” elektrik stansiyasında ötən ay 46,5 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub

Metbuat.az

Bakı, 15 aprel,

AZƏRTAC

“Bakı” elektrik stansiyasında (ES) ötən ay 46,5 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub. Bu ilin birinci rübündə isə stansiyada istehsal, təxminən 134,5 milyon kilovat-saat təşkil edib.


“Azərenerji” ASC-nin mətbuat xidmətindən

AZƏRTAC

-a bildirilib ki, son üç ayda stansiyada müvafiq təmir işləri aparılıb. Eyni zamanda generatorlarda da təmir işləri həyata keçirilib.


Ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş 12 aqreqatdan ibarət, ümumi gücü 105 meqavat olan “Bakı” ES-də təmir-sazlama işləri texniki xidmət qrafikinə uyğun aparılır. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.