İqtisadiyyat
Bakı Dairəvi yolunun bir hissəsində təmir işləri yekunlaşıb
Bakı, 8 aprel,
AZƏRTACBakı Dairəvi yolunun bir hissəsində təmir işləri yekunlaşıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev
AZƏRTAC-a bildirib ki, artıq Bakı Dairəvi yolunun 9 kilometr hissəsində təmir işləri başa çatdırılıb. Belə ki, yolun on dördüncü kilometrindən beşinci kilometrinə qədər olan hissəsində işlər yekunlaşıb. Yaxın günlərdə həmin hissə nəqliyyatın hərəkəti üçün açıq olacaq.