İqtisadiyyat
Nəqliyyat Nazirliyi
Bakı Dairəvi yolunda aparılan təmir işləri başa çatdırılıb
Bakı. 8 aprel. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına hazırlıq məqsədilə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər intensiv şəkildə davam etdirilir.
Nəqliyyat Nazirliyi
nin "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, artıq Bakı Dairəvi yolunun 9 km-lik hissəsində təmir işləri başa çatdırılıb.
"Yolun 14-cü km-dən 5-ci km-ə qədər olan hissəsində işlər yekunlaşıb. Yaxın günlərdə həmin hissə nəqliyyatın hərəkəti üçün açıq olacaq", - "Azəryolservis"dən bildirilib.