İqtisadiyyat
Bakı-Aktau-Bakı xəttində avtonəqliyyat vasitələrinin daşınması üçün Ro-Ro gəmisinin səfəri başlayıb
Bakı, 3 aprel,
AZƏRTACBakı-Aktau-Bakı xəttində avtonəqliyyat vasitələrinin daşınması üçün Ro-Ro gəmisinin həftədə bir dəfə səfəri başlayıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən
AZƏRTAC-a bildiriblər ki, avtonəqliyyat vasitələrinin sayı artdıqca səfərlərin də sayı müvafiq olaraq artırılacaq.
Qeyd edək ki, Bakı-Aktau-Bakı və Bakı-Türkmənbaşı-Bakı istiqamətlərində bərələr hər gün səfər edirlər.