İqtisadiyyat

​"Azəryolservis" Yusif Səfərov küçəsində yaranan tıxacın səbəbini açıqlayıb

Metbuat.az

Y.Səfərov küçəsində tıxacın səbəbi haqda "Report"a

Nəqliyyat Nazirliyi

"

Azəryolservis

" ASC-nin Mətbuat Katibliyindən açıqlama verilib.


Belə ki, Cavanşır körpüsü istiqamətindən və K.Səfərəliyeva küçəsindən həmin ərazidə olan dəmir yolu xəttinə qədər hərəkət etmək mümkün olub. Dəmir yolu xəttinin yanından Y.Səfərov küçəsinə hərəkət mümkün deyildi. Çünki həmin ərazidə "giriş qadağandır" nişanı quraşdırılmışdır: "Səbəb Yusif Səfərov küçəsinin yükünü şəhərə yönəltmək idi. Artıq bir neçə vaxtdır ki, vəziyyət dəyişib. Girişi qadağan edən nişan ərazidən götürülərək şəhərin bütün yükü Yusif Səfərov küçəsinə yönəldilib. Bununla da, həm Nizami küçəsinin Keykab Səfərəliyeva küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsinə qədər olan hissəsində, eyni zamanda Yusif Səfərov küçəsində vəziyyət açınacaqlı duruma düşür. Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri tıxac bir tərəfə, qəza şəraiti ilə rastlaşırlar. Buna görə də mövcud vəziyyəti əvvəli vəziyyətə qaytarmaq zərurəti yaranıb. Həmin ərazidən Yusif Səfərova girişi qadağan edən nişanın quraşdırılmasına, Yusif Səfərov küçəsindən Nizami küçəsinə girişi qadağan edən nişanın götürülməsinə böyük ehtiyac var. Yaranmış vəziyyətdən çıxış yolu ancaq budur. Əgər həmin ərazidə müvafiq tədbir görülməsə, Yusif Səfərov küçəsindəki tıxacı aradan qaldırmaq mümkün olmayacaq".


Nizami küçəsi hazırda demək olar ki, nəqliyyatın hərəkəti üçün deyil, avtomobillərin park edilməsi üçün istifadə edilir.