İqtisadiyyat
“Azəryolservis” daha bir yolda təmir işlərini davam etdirir
[ 10 Aprel 2015 17:36 ]
Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakıda daha bir yolda təmir işləri davam etdirilir.
Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat katibi Pünhan Mürsəliyevin məlumat verib.
P. Mürsəliyevin sözlərinə görə, Alı Mustafayev küçəsinin 3-cü mikrorayon dairəsindən 20 Yanvar dairəsinə kimi olan köməkçi hissədə asfalt-beton işləri artıq yekunlaşıb.
Qurum rəsmisi əlavə edib ki, hazırda həmin yolun əks istiqamətində, 20 Yanvar dairəsindən 3-cü mikrorayona qədər olan yolda yolun üst qatı qaşınaraq çıxarılıb və asfalt-beton işlərinə başlanılacaq.