İqtisadiyyat

Azəryolservis Bakının iki küçəsində əsaslı təmir işləri həyata keçirəcək

Metbuat.az

Bakı, 10 aprel,

AZƏRTAC

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yaxın günlərdə Nərimanov rayonunun Ələsgər Qayıbov və Yasamal rayonunun Bəxtiyar Vahabzadə küçələrində əsaslı təmir işlərini planlaşdırır.


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev

AZƏRTAC

-a bildirib ki, təmir ilə bağlı hazırlıq işləri aparıldığından kommunikasiya xətlərinin istismarı ilə məşğul olan təşkilatlar sözügedən küçələrdə yerləşən mövcud yeraltı kommunikasiya xətlərinin texniki vəziyyətini araşdıraraq cəmiyyətə müraciət etmələri xahiş olunur. Əks halda təmirdən sonra kommunikasiya xətlərində baş verən problemlərə görə yol təsərrüfatı orqanı məsuliyyət daşımayacaq.