İqtisadiyyat

“Azərsu” ASC İctimai maarifləndirmə proqraminin icrasına başlayıb

Metbuat.az

Bakı, 20 aprel,

AZƏRTAC

Azərbaycan və Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Su təchizati və kanalizasiya investisiya proqrami- layihə 2” çərçivəsində İctimai maarifləndirmə proqraminin icrasına başlanılıb.


“Azərsu” ASC-dən

AZƏRTAC

-a bildiriblər ki, “Su, sanitariya və gigiyenaya dair ictimai maarifləndirmə və təşviqat” proqramı “Azərsu” ASC və “UNICEF-Azərbaycan” arasında bağlanmış müqaviləyə əsasən Ağdaş, Beyləqan və Ağcabədi rayonlarının ümumtəhsil məktəblərində keçirilir.


Proqramın icrasında məqsəd ümumtəhsil məktəblərində şagirdlərin su, gigiyena və sanitariya sahəsində biliklərinin artırılmasıdır. Proqram çərçivəsində müxtəlif sosial tədbirlərin, o cümlədən hər bir məktəbdə “forum tamaşaların” keçirilməsi nəzərdə tutulur. “Forum tamaşalar” ilk olaraq Ağdaş və Beyləqan rayonlarında təşkil olunub, daha sonra Ağcabədi rayonunun 11 şəhər məktəbində keçirilib.


Beyləqan şəhər 5 və 6 saylı tam orta məktəblərində keçirilən tədbirlərdə şagirdlərə proqram haqqında ətraflı məlumat verilib. “Forum tamaşalarda” müxtəlif ssenarilər əsasında səhnəciklər göstərən, şerlər söyləyən şagirdlər sağlam həyatın və sağlam gəncliyin qorunması üçün gigiyenik qaydalara riayət etməyin vacib olduğunu bir daha xatırladıblar.


Layihə çərçivəsində Ağdaş, Ağcabədi və Beyləqan rayonlarının 27 məktəbində belə tədbirlərin keçirilməsi planlaşdırılır. Ümumilikdə İctimai maarifləndirmə proqramından 150 müəllim və 2000 uşaq faydalanacaq, eyni zamanda 5000 qadın arasında maarifləndirmə işləri aparılacaq.